Əfsanəvi futbolçunun oğlu PSJ-ni “Lill”ə dəyişdi

Əfsanəvi futbolçunun oğlu PSJ-ni “Lill”ə dəyişdi

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi son ölkə çempionu PSJ-də çıxış edən Timoti Veanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əfsanəvi futboçu, 1995-ci ildə “qızıl top”u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğlu ilə 5 illik müqavilə imzalanıb. 19 yaşlı hücumçunun transferi “Lill”ə 10 milyon avroya başa gəlib.

PSJ-nin yetirməsi olan Vea, ötən mövsümün ikinci yarısını icarə əsasında Şotlandiya “Seltik”ində keçirib. O, atasından fərqli olaraq, Liberiyanın yox, ABŞ millisinin şərəfini qoruyur.

Oxumağınızı Tövsiyyə Edirik

Leave a Comment