“Barselona” “Milan”ın futbolçusunu istəyir

“Milan”ın müdafiəçisi Rikardo Rodriqes La Liqada oynaya bilər.

Qol.az-ın “sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, isveçrəli futbolçu “Barselona”nın maraq dairəsinə düşüb. Sol cinahda Jordi Alba ilə rəqabət yarada biləcək futbolçu axtaran Kataloniya klubu 26 yaşlı oyunçunu transfer etmək niyyətindədir. Artıq ispan klubunun nümayəndələri “Milan” rəhbərliyi ilə əlaqə saxlayıb. Ancaq hələlik rəsmi təklif göndərilməyib.

Qeyd edək ki, Rodriqeslə “Arsenal” da yaxından maraqlanır.

Oxumağınızı Tövsiyyə Edirik

Leave a Comment