“Yuventus” sabah de Liqtlə müqavilə bağlayacaq – İddia

“Ayaks”ın kapitanı Matteys de Liqt sabah “Yuventus”la müqavilə bağlaya bilər.

Qol.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. İddiaya görə, Turin təmsilçisi həm 19 yaşlı müdafiəçi, həm də onun klubu ilə anlaşıb. Transferin yeni həftənin ilk günündə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, “Yuventus”un de Liqt üçün “Ayaks”a 67 milyon avro təzminat ödəyəcəyi deyilir. Gənc futbolçu “qoca sinyora” ilə 5 illik müqavilə imzalayacaq. Onun illik gəliri isə 12 milyon avro olacaq.

Oxumağınızı Tövsiyyə Edirik

Leave a Comment