Balayev uğurlu seriyanı davam etdirdi

Balayev uğurlu seriyanı davam etdirdi

Qazaxıstan Premyer Liqasında 16-cı tura start verilib. Qol.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi “Tobol” bu tur səfərdə “Jetısu” ilə qarşılaşıb. Görüş qonaq komandanın minimalhesablı qələbəsi ilə başa çatıb – 1:0. Start heyətdə meydana çıxan Emil növbəti dəfə  qapısını toxunulmaz saxlaya bilib. Beləliklə, E.Balayev çempionatda 630 dəqiqədir ki, qol buraxmır. O, bu göstəricidə bu mövsüm özünəməxsus rekordu yaxşılaşdırıb. Qeyd edək ki,  “Tobol” bu qələbə ilə 38 xalla vahid lider olub. Ancaq bu tur “Astana”a qalib gəlsə, E.Balayevin komandasına çatacaq.

“Neftçi” öndə olduğu matçda uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu keçirib. İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb. “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydançasında baş turan qarşılaşma ukraynalıların qələbəsi ilə yekunlaşıb – 2:3. Qeyd edək ki, ilk sınaq matçında “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gələn “Neftçi”nin Rumıniyanın “Politexnika İaşi” klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq. Yoxlama oyunu 30 iyun 15:00. “Neftçi” – “Vorskla” – 2:3 Qollar: Rebenok, 8 (0:1), Vangelis Platellas, 29 (1:1) Dario Frederiko, 33 (2:1),…

“Düzgün verilməyən penaltidən uduzduq” – “Neftçi”nin yeni futbolçusu

“Neftçi”nin müdafiəçisi Voislav Stankoviç “Vorskla” ilə yoxlama oyunundan (2:3) sonra klubun saytına açıqlama verib. İdmanxeber.az-ın məlumatına görə, penalti epizodunda qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirən təcrübəli futbolçu müdafiə xəttindəki bəzi nüansların üzərində işləməyin vacib olduğunu deyib: “Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Ona görə ki, qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu futboldur, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. Çünki 2-3 əks hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”.

“Qəbələ”yə yeni hücumçu gəlir, özü də legioner

“Qəbələ”yə yeni hücumçu gəlir, özü də legioner

“Qəbələ”nin legioner siyasətini davam etdirəcəyini yazmışdıq. Bunun da səbəbi təbii ki, avrokuboklarda iştirakdır.   Rekord.az xəbər verir ki, düşərgəyə ispaniyalə və gürcü legionerlər gəlsə də bununla iş yekunlaşmır.   Belə ki, yaxın zamanlarda daha bir legioner hücumçunun “Qəbələ”yə qoşulacağı gözlənilir. Həmin futbolçu Avropadan gələcək və birbaşa müqaviləyə imza atacaq.  

“Qarabağ”ın Çexiya klubu ilə oyun saatı açıqlandı

“Qarabağ”ın Çexiya klubu ilə oyun saatı açıqlandı

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib. Sport24.az xəbər verir ki, Ağdam klubunun Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri iki gün öncə də Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib.