“Roma”dan “Yuventus”a – rəsmi

“Roma”nın müdafiəçisiLuka Pelleqrini karyerasını “Yuventus”da davam etdirəcək. Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün bu gün səhər saatlarında Turin təmsilçisinin bazasına yollanıb. Onunla yaxın saatlarda rəsmi müqavilə imzalanacaq. Əvəzində isə “Yuventus”un yarımmüdafiəçisi Leonardo Spinatsola “Roma”ya keçib. “Canavarlar” bu dəyişikliyə görə qarşı tərəfə Pelleqrini ilə yanaşı, əlavə 10 milyon avro ödəyəcək.

“Barselona” “Milan”ın futbolçusunu istəyir

“Milan”ın müdafiəçisi Rikardo Rodriqes La Liqada oynaya bilər. Qol.az-ın “sport.es” nəşrinə istinadən yaydığı xəbərə görə, isveçrəli futbolçu “Barselona”nın maraq dairəsinə düşüb. Sol cinahda Jordi Alba ilə rəqabət yarada biləcək futbolçu axtaran Kataloniya klubu 26 yaşlı oyunçunu transfer etmək niyyətindədir. Artıq ispan klubunun nümayəndələri “Milan” rəhbərliyi ilə əlaqə saxlayıb. Ancaq hələlik rəsmi təklif göndərilməyib. Qeyd edək ki, Rodriqeslə “Arsenal” da yaxından maraqlanır.

“Yuventus” sabah de Liqtlə müqavilə bağlayacaq – İddia

“Ayaks”ın kapitanı Matteys de Liqt sabah “Yuventus”la müqavilə bağlaya bilər. Qol.az xəbər verir ki, bu barədə İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb. İddiaya görə, Turin təmsilçisi həm 19 yaşlı müdafiəçi, həm də onun klubu ilə anlaşıb. Transferin yeni həftənin ilk günündə açıqlanacağı gözlənilir. Qeyd edək ki, “Yuventus”un de Liqt üçün “Ayaks”a 67 milyon avro təzminat ödəyəcəyi deyilir. Gənc futbolçu “qoca sinyora” ilə 5 illik müqavilə imzalayacaq. Onun illik gəliri isə 12 milyon avro olacaq.

PSJ Neymarla bağlı qərarını dəyişdi

PSJ-nin prezidenti Nasser Əl-Xəlafi Neymarla bağlı fikrini dəyişib. Qol.az-ın “Telefoot” nəşrinə istinadən yaydığı xəbərə görə, qətərli iş adamı braziliyalı futbolçunun satılması ilə bağlı heç bir klubla danışıq aparmayacaqlarını bildirib. O, 27 yaşlı forvardın komandada qalmasını istəyir. Qeyd edək ki, bir müddət öncə PSJ-nin Neymarı satmağa hazır olduğu və onun yenidən “Barselona”ya qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı.

Əfsanəvi futbolçunun oğlu PSJ-ni “Lill”ə dəyişdi

Əfsanəvi futbolçunun oğlu PSJ-ni “Lill”ə dəyişdi

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi son ölkə çempionu PSJ-də çıxış edən Timoti Veanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əfsanəvi futboçu, 1995-ci ildə “qızıl top”u qazanan, hazırda Liberiyanın prezidenti olan Corc Veanın oğlu ilə 5 illik müqavilə imzalanıb. 19 yaşlı hücumçunun transferi “Lill”ə 10 milyon avroya başa gəlib. PSJ-nin yetirməsi olan Vea, ötən mövsümün ikinci yarısını icarə əsasında Şotlandiya “Seltik”ində keçirib. O, atasından fərqli olaraq, Liberiyanın yox, ABŞ millisinin şərəfini qoruyur.

“Qəbələ”yə yeni hücumçu gəlir, özü də legioner

“Qəbələ”yə yeni hücumçu gəlir, özü də legioner

“Qəbələ”nin legioner siyasətini davam etdirəcəyini yazmışdıq. Bunun da səbəbi təbii ki, avrokuboklarda iştirakdır.   Rekord.az xəbər verir ki, düşərgəyə ispaniyalə və gürcü legionerlər gəlsə də bununla iş yekunlaşmır.   Belə ki, yaxın zamanlarda daha bir legioner hücumçunun “Qəbələ”yə qoşulacağı gözlənilir. Həmin futbolçu Avropadan gələcək və birbaşa müqaviləyə imza atacaq.  

“Qarabağ”ın Çexiya klubu ilə oyun saatı açıqlandı

“Qarabağ”ın Çexiya klubu ilə oyun saatı açıqlandı

“Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib. Sport24.az xəbər verir ki, Ağdam klubunun Çexiya təmsilçisi “Viktoriya” (Plzen) ilə qarşılaşması iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan “Ludoqorets”inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri iki gün öncə də Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib.